Dünya

Qvatemalada vulkan faciəsi: ölənlərin sayı 69-a çatdı (VİDEO)

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı artıb.

Qaynarinfo xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 69-a çatıb. İndiyə qədər həlak olanlardan yalnız 17-sinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Həyatlarını itirənlərin əksəriyyəti Eskuintla departamentinin sakinləridir – 54 nəfər. Təbii fəlakət səbəbindən 3 mindən artıq insan təxliyə edilib. Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb.

Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.

https://youtu.be/AEG9X4P6lp8

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button