İdman

Futbol dünyasının ən nüfuzlu şəxsləri: PSJ-nin sahibi Ronaldunu qabaqladı

“France Football” nəşri futbol dünyasının ən nüfuzlu isimlərinin sıralamasını hazırlayıb.

Fanat.Az xəbər verir ki, PSJ-nin prezidenti Nasser Al-Helaifi siyahıda birinci olub. O, PSJ ilə yanaşı, 55 milyondan çox izləyicisi olan “beIN” media qrupunun sahibidi.

“İlk üçlük”də “Yuventus”un hücumçusu Kriştianu Ronaldu və FIFA prezidenti Canni İnfantino da yer alıb. Onların sıralamadakı dəqiq mövqeyi barədə məlumat verilməyib. Tam siyahı bu gün yayımlanacaq.

Al-Helaifinin adı rüşvət qalmaqallarında hallanır. Son olaraq, qətərli iş adamı 2022-ci ildə keçiriləcək dünya çempionatının yayım hüququnu almaq üçün FIFA-nın keçmiş baş katibi Jerom Valkeyə rüşvət verməkdə ittiham olunur.

Bənzər yazılar

Back to top button