Hadisə

Fuad Ələsgərovun qohumunun Səfər Mehdiyevə istefa ərizəsi yazmasının detalları

Məlum olduğu kimi, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə Gömrük Sərhəd Buraxılışı Məntəqələrinin işinin təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Şahin Ələsgərov vəzifəsindən azad edilib. Ş.Ələsgərov digər əmrlə idarənin rəis müavini təyin olunub.

Bu barədə tia.az-ın əldə etdiyi məlumata görə, Gömrük Komitəsi sədrinin bu qərarı onu qəzəbləndirib və müavinlik işindən də istefa ərizəsi yazıb. Ş.Ələsgərov müavin təyin olunması ilə razılaşmayıb və işdən uzaqlaşıb. Qeyd edək ki, Ş.Ələsgərov Prezidentinin Hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərovun qardaşı oğludur. O, 11 avqust 1990-cı ildə Bakıda anadan olub. 2011-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin İnzibati İdarəetmə fakültəsini bitirib.

Əmək fəaliyyətinə 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Maliyyə- Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük Dəyəri şöbəsinin böyük inspektoru vəzifəsindən başlayıb. 2015-ci ildə Komitənin Audit və Risk Analizləri İdarəsinin böyük inspektoru 2017-ci Maliyyə- Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi vəzifələrində çalışıb.

2018-ci ilin 06 sentyabr tarixində Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu. Ailəlidir üç övladı var.

Bənzər yazılar

Back to top button