CəmiyyətGündəmManşet

Masazır gölü qurudulur – Dayanmadan “Kamaz”larla gölə torpaq daşınır (ŞOK GÖRÜNTÜLƏR)

Bakıdan 21 kilometr uzaqlıqda yerləşən Masazır gölü qurudulur.

Ətrafda yaşayan sakinlərin AzToday.az-a verdiyi məlumata görə, son günlər dayanmadan gölün kənarlarına “Kamaz”larla torpaq daşınır. Mühafizə olunan əraziyə hansı səbəbdən torpaq töküldüyü bilinməsə də, qış ayları olmasına baxmayaraq gölün tədricən qurudulduğu müşahidə olunmaqdadır.

Masazır qəsəbəsi ilə yanaşı ətraf yaşayış məntəqələrinin müalicəvi hava ilə təmin olunmasında əvəzsiz rol oynayan gölün qurudulması sakinləri ciddi narahat edir, onlar müvafiq dövlət qurumlarından gölün torpaqla doldurulmasına aydınlıq gətirilməsini tələb edir.

Sakinlərin redaksiyamıza göndərdiyi görüntülərin bir hissəsini təqdim edirik:

AzToday.az-ın araşdırmaları zamanı məlum olub ki, son illər havaların isti keçməsi və yağıntıların az olması ilə əlaqədar gölün suyu kəskin azalıb. Hətta yay aylarında gölün demək olar quruduğu da qeydə alınıb. Ekoloqların sözlərinə görə, gölə Masazır, Novxanı və Binəqədinin bəzi ərazilərindən kanalizasiya suları axıdılsa da, görünən odur ki, bu il gölün suyunun əvvəlki səviyyədə qalması üçün bu da azdır. Hər ötən gün göldə qurumanın artması müşahidə edilir.

Amma bu o demək deyil ki, hansısa səbəbdən göldə suyun azalmasından istifadə edən işbazların gölü tam qurutmasına bəraət vermək olar…

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button