Dünya

Türk dövlətlərinin XİN başçıları Qazaxıstan hakimiyyətini dəstəkləyiblər

Yanvarın 11-də Türkiyə XİN başçısının təşəbbüsü ilə Türk Şurası ölkələrinin XİN başçılarının video-konfransı keçirilib.

Konfransda Mevlüt Çavuşoğlu (Türkiyə), Ceyhun Bayramov (Azərbaycan), Muxtar Tileuberdi (Qazaxıstan), Ruslan Kazakbayev (Qırğızıstan), Abdulaziz Kamilov (Özbəkistan), Peter Siyyarto (Macarıstan), Rəşid Meredov (Türkmənistan), Bağdad Amreyev – Türk Dövlətləri Təşkilatının baş katibi iştirak edib.

İştirakçılar Qazaxıstanda və onun ətrafındakı vəziyyəti müzakirə ediblər və yekun bəyanat qəbul ediblər. Sənəddə qeyd edilir ki, Türk Dövlətləri Təşkilatı Qazaxıstan xalqını və hökumətini dəstəkləməyi öz vəzifəsi hesab edir.

Onlar iğtişaşlar zamanı həlak olanların yaxınlarına başsağlığı verir; Qazaxıstana dəstək və onunla həmrəyliklərini ifadə edir; zorakılıq və vandalizm aktlarını, ictimai asayişin pozulmasını tənqid edir; beynəlxalq hüquq norma və prinsiplərinə riayət etməyin vacibliyini vurğulayır və hakimiyyətin terrorçulara, radikallara, ekstremistlərə qarşı antiterror tədbirlərini dəstəkləyirlər.

İştirakçılar cari böhranın aradan qaldırılması üçün Qazaxıstan xalqını və hökumətini dəstəkləməyə hazır olduqlarını bildirirlər və prezident Kasım-Jomart Tokayevin islahatlar proqramını dəstəkləyirlər.

Bənzər yazılar

Back to top button