İqtisadiyyat

Sənin bir AUDİT-lik canın var, Veysəloğlu… – Bir müstəqil audit yoxlaması “Veysəloğlu imperiyası”nı çökdürər…

Bizim TAVAN-mız yerindədir, amma səninki uçub…

Aydın Talıbovun şirkəti vergidən nə qədər yayınır ?

Aydın Talıbov ARAZ-da vaxtı keçmiş, köhnə məhsulları OBA-da satdırır…

“Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti Aydın Talıbovun nəzərinə və diqqətinə bir daha çatdırmaq istəyirik ki, biz bəziləri kimi havadan, göydən yazmırıq. Yəni bizim yazılarımızda jurnalist təxəyyülü, fantaziya-zad, qərəz-filan yoxdur.

Biz hər hansı bir araşdırma aparanda konkret suallar qoyuruq və qarşı tərəfdən cavab gözləyirik.

Obrazlı desək, biz QUŞUN DİMDİYİNDƏN tuturuq, QUYRUĞUNDAN yapışmırıq.

Özünüz də görürsünüz ki, sizin DİLİNİZDƏN çıxan fikirlərin əsasında suallar qoyuruq. Yəni özünüzün dediklərinizə əsaslanaraq suallar tərtib edirik.

Aydın oldumu, cənab Aydın Talıbov..?

Siz deyirsiniz, 17 min nəfər işçimiz var. Çox gözəl.

Biz soruşuruq ki, bu 17 min nəfər işçinin əmək müqavilələri varmı ?

Biz soruşuruq ki, 17 min nəfər üçün nə qədər vergi ödəyirsiniz ?

Biz soruşuruq ki, DSMF-yə nə qədər pul ödəyirsiniz ?

Və s.

Bunlar məgər dövlət sirridir ?

Bəs, belə olan halda niyə suallarımıza cavab vermək əvəzinə təhdid edirsiniz, məhkəmə ilə hədələyirsiniz, yanımıza adam göndərirsiniz, bizi üzdən-gözdən salirsınız?

Əlbəttə, məhkəməyə müraciət etmək sizin hüququnuzdur. Amma sorğular vermək isə bir müstəqil media olaraq bizim hüququmuzdur.

Siz öz dilinizlə deyirsiniz ki, uzun müddət mediaya qapalı olmuşuq.

Niyə və nə üçün, cənab Talıbov ?

Mediadan qaçmağınızın səbəbi nə idi ?

Biz sizdən soruşuruq ki, işçilərinizin əksəriyyəti orta təhsillidir. Əgər düz demiriksə, buyurun işçi kontingenti ilə bağlı sənədləri ortaya qoyun.

Biz hətta sizdən soruşa bilərik ki, işçi kontingentinin yaş tərkibi, cinsi tərkibi necədir ?

Biz sizin ailədaxili, özəl həyatınızla bağlı suallar vermirik ki?

Biz sizdən soruşuruq ki, reklam şirkətinin xanım əməkdaşı sizin Araz marketdə tavanın uçması nəticəsində ciddi fiziki zədə alıb, yaralanıb, hətta onurğasının sındığı bəlli olub. Bu faktları əks etdirən materalları şəkillərlə birgə dərc edirik. Reklam şirkətinin əməkdaşı deyir ki, hətta yaralanmış xanıma təcili yardım çağırmağa belə imkan verməmisiniz, hətta mane olmusunuz.

Cənab Aydın Talıbov !

Hətta müharibə, döyüş zamanı yaralı düşmənə yardım göstərilir. Anladınmı? Hətta düşmən tərəfə.

Siz isə marketinizdə ciddi fiziki zədə alan Azərbaycan vətəndaşına ilkin yardım göstərmirsiniz ?

Bu hadisə sizin günahınızdan baş verib…

Çox üzr istəyirik, bu insanlığa yaraşan məsələ deyil.

Bütün bunlara cavab vermək əvəzinə haqqımızda hədyanlar danışırsınız.

Biz isə jurnalist etikasına uyğun olaraq sizi təhqir etmirik.

Biz sizdən soruşuruq ki, gündəlik müştəri sayı 640 min nəfər olan ( bunu siz öz müsahibənizdə demisiniz ) marketlər şəbəkəsi dövlətə nə qədər vergi ödəyir ?

Siz sualımıza cavab vermirsiniz. Onda icazə verin, şübhələnək ki, sizin şirkətlər qrupu külli miqdarda vergidən yayınır.

Onda icazə verin, şübhələnək ki, belə olan halda siz niyə həbs olunmursunuz ?

Cənab Talıbov, nəinki sizin hətta kiminsə həbs olunması bizim üçün məqsəd və istək ola bilməz.

Sadəcə, sizdən fərqli olaraq biz düşünürük ki, dövlət qanunlarla idarə olunmalıdır.

Biz sizin qara qaşınızda, qara gözünüzdə eyib axtarsaq, onu bizə irad tuta bilərsiniz.

Biz soruşuruq ki, ARAZ marketlərləri ticarət qrupunun baş direktoru Rəşad adlı şəxs ayda və onun həyat yoldaşı, Müşahidə Şurasının üzvü ayda 30 min manat maaş alırsa, nə qədər vergi verir ?

Amma bu da maraqlıdır ki, direktor və xanımı bir yerdə 60 min manat maaşı necə ala bilər ?

Azərbaycanda bu heç Baş prokurorun, Baş nazirin maaşı deyil.

Bəli, deyəcəksiniz ki, bizimki ÖZƏL şirkətdir. Çox gözəl, cənab Talıbov. Özəl olanda nə olar ?

Onda zəhmət çək, məhsulların alınması və satılması ilə bağlı XALQA HESABAT ver. Ki, görək, QİYMƏTLƏRİ SÜNİ OLARAQ NƏ QƏDƏR ŞİŞİRDİRSƏN ?

Bəli, 60 min manat maaş vermək üçün idxal etdiyiniz məhsulların üstünə hansı qiyməti qoyub kasıb təbəqənin belini qırırsan ?

Cənab Prezident dəfələrlə süni qiymət atımı ilə bağlı xəbərdarlıq edib. Bu sizə yetmir?

Həə, yavaş-yavaş gəlirik mətləb üstünə, cənab Talıbov.

Cənab Talıbov !

Əgər sizin şirkətlər qrupunda bir müstəqil audit yoxlaması olsa, sənin tavanın deyil e, imperiyan çökər.
Əgər dediyimizə şübhən varsa, buyur icazə ver, medianın iştirakı ilə müstəqil audit yoxlaması keçirilsin.
Həə, necədir, cənab Talıbov ? Razı olarsanmı ?

Cənab Talıbov ! Bütün bunlar azmış kimi ən pis əmələ də əl atırsınız.

Belə ki, sənə məxsus ARAZ marketləri imkanlı, elit şəxslər üçün nəzərdə tutulub, OBA marketləri isə əsasən kasıb təbəqənin yaşadığı ərazilərdə fəaliyyət göstərir. Bu çox iyrənc diskriminasiyadır.

Ən dəhşətlisi odur ki, ARAZ marketlərində vaxtı keçmiş, köhnəlmiş məhsullar OBA-da kasıb əhaliyə satılır.

Hər şeyi pis-yaxşı bağışlamaq olsa da, bax, bunu sənə və sənin kimilərə bağışlamaq olmaz, Veysəlinoğlu…

P.S Dəfələrlə demişik, indi də deyirik bizim yanımıza xahiş üçün heç kimi göndərməyin. Onsuzda biz heç kimi eşidən deyilik. İstehsal etdiyiniz malları ziyanverici qurdlardan qoruyun, təmizləyin. (Gündəlik Baki)

Bənzər yazılar

Back to top button