GündəmSiyasət

ABŞ Azərbaycan hökumətinin Qarabağ erməniləri ilə əlaqələrini alqışlayır

Cümə axşamı ABŞ Bakı nümayəndələri və Qarabağ erməniləri arasında bu yaxınlarda baş tutan danışıqları alqışlayıb, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verib.

“Azərbaycan hökuməti və Dağlıq Qarabağ əhalisinin nümayəndələri arasında qarşılıqlı əlaqələri alqışlayırıq”. Bu barədə Turan-a Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Ümid edirik ki, bütün tərəflər bundan sonra da məhsuldar əlaqələri davam etdirə biləcəklər. Dağlıq Qarabağ əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi Cənubi Qafqazda möhkəm sülhə nail olmaq üçün həlledici əhəmiyyət kəsb edir”, deyə mənbə əlavə edib.

Xatırladaq ki, martın 1-də Xocalıda Azərbaycan hökumətinin nümayəndələri və Qarabağ erməniləri arasında görüş keçirilib. Rəsmi Bakının məlumatına görə, digər məsələlərlə yanaşı, ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunub.

Bənzər yazılar

Back to top button