Digər

2023-cü il ərzində Azərbaycan Silahlı Qüvvələrinin itkiləri

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun keçirdiyi monitorinqin nəticələrinə görə, 2023-cü il ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 260 hərbi qulluqçusunu itirib. Onlardan 212 nəfəri döyüş itkiləridir (erməni gülləsi və mina partlayışı), 48 nəfəri isə qeyri-döyüş itkiləridir.

Ümumilikdə – 2023-ci ildə 208 nəfər erməni gülləsindən, 4 nəfər mina partlayışından, 8 nəfər yol-nəqliyyat hadisələrindən və ya müxtəlif avtoqəzalardan, 9 nəfər müxtəlif xəstəliklərdən, 2 nəfər qeyri-nizamnamə hadisələrindən, 2 nəfər silahlı basqından, 1 nəfər ehtiyatsızlıqdan, 6 nəfər isə bədbəxt hadisədən dünyasını dəyişib.

2023-cü ildə ümumilikdə 20 hərbi qulluqçu intihar edib.

Bu dövrdə dünyasını dəyişənlərin 228 nəfəri Müdafiə Nazirliyinin, 9 nəfəri Dövlət Sərhəd Xidmətinin, 3 nəfəri Fövqəladə Hallar Nazirliyinin, 17 nəfəri Daxili Qoşunların, 1 nəfər Strateji Obyektlərin Mühafizə İdarəsinin (SOM), 1 nəfər Ədliyyə Nazirliyinin, 1 nəfərsə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) hərbiləşdirilmiş mühafizə idarəsinin əməkdaşları olub.

Dünyasını dəyişənlərin 134 nəfəri əsgər, 50 nəfəri zabit, 44 nəfəri MAXHQ, 26 nəfəri gizir, 3 nəfəri isə kursant rütbəsində olub. Digər 3 nəfərin rütbəsini müəyyənləşdirmək mümkün olmayıb.

Məlumatlara görə, ölüm hadisələrinin əksəriyyəti (ən azı 200 nəfər) lokal antiterror tədbirləri zamanı baş verib. Ümumilikdə, araşdırmalar göstərir ki, hadisələrin əksəriyyəti Qarabağ zonasında baş verib. Eyni zamanda bir sıra ölüm hadisələri Azərbaycan-Ermənistan dövlət sərhədində (Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində, o cümlədən Naxçıvan MR-in sərhəd ərazilərində) baş verib.

2023-cü ildə ümumilikdə ən azı 536 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb, deyə hesabatda qeyd edilir.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) 2015-ci ilin yanvarından etibarən Almaniyada fəaliyyət göstərir. Onun təsisçilərindən biri Azərbaycanı tərk edənə qədər “Doktrina” Hərbi Araşdırmalar Mərkəzinə rəhbərlik etmiş Cəsur Sümərinlidir.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button