Bizim seçimCəmiyyətManşetSiyasət

“APA HOLDİNQ”LƏ “TELEQRAF HOLDİNQ” BİRLƏŞİR – AYNUR CAMALQIZI RƏHBƏR GƏTİRİLİR

Vüsalə Mahirqızı isə FHN-nin mətbuat xidmətinin rəhbəri təyin olunacaq…

Fövəqladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan iki media holdinq birləşdirilə bilər. Bu barədə Xeber.info-ya FNH-ə yaxın şəxslər deyib. Onlar bildiriblər ki, ölkədə maliyyə böhranı başlayandan bəzi qurumlara ayrılan vəsaitlər xeyli azaldılıb, hətta bəzi dövlət qurumları da birləşdirilib. Belə bir şəraitdə qeyri-rəsmi hakimiyyətdən maliyyələşən qurumlarla da bağlı müəyyən “islahatlar” aparılıb. Maliyyə vəsaitlərinin qənaətlə xərclənməsinə görə, iki qurumun – “APA Holdinq”lə “Teleqraf Holdinq”in birləşməsi gündəmə gəlib. Mənbə deyib ki, “APA-Teleqraf” Holdinq adı ilə fəaliyyət göstərəcək yeni media quruma Aynur Camalqızı rəhbərlik edəcək. Bu qruplara daxil olan axar.az, publika.az, lent.az saytlarının bağlanacağı, kulis.az-ın kult.az-la birlşdirilməsi, teleqraf.com, apa.az və həmçinin apa.tv-nin daha da gücləndiriləcəyi nəzərdə tutulub. Vüsalə Mahirqızı isə daha irəli çəkilərək Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə rəhbər təyin olunacaq.

Bənzər yazılar

Back to top button