GündəmHadisə

“Sədərək” ticarət mərkəzində güclü yanğın

Bazar günü saat 18:20-də paytaxtın ən böyük ticarət mərkəzində – Sədərəkdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə 30 texnika və 130 yanğınsöndürən cəlb olunub.

Yanğınla mübarizə bir neçə saata yaxın davam edib. Yanğın geniş ərazini əhatə edib. Bir neçə ticarət obyekti, xüsusən də divar kağızı satılan mağazalar yanıb Polis ərazini mühafizə altına alıb. Yanğının səbəbi barədə məlumat verilmir. Saat 22 olan məlumata görə, 3 nəfər yanma məhsullarından zəhərlənib.

Bənzər yazılar

Back to top button