İdman

Canni De Byazi: “Ağıllı oyuna üstünlük verməliyik”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında çıxış edib.

Fanat.az xəbər verir ki, 66 yaşlı mütəxəssis makedoniyalı bəzi futbolçuların Avropa klublarında çıxış etdiyini xatırladıb:

“Rəqib yaxşı komandadır. Onların keyfiyyətli oyunçuları var. Rəqibin İtaliya seçməsi ilə matçını futbolçulara göstərmişəm. Sabah ağıllı oyuna üstünlük verməliyik. Bu komandaya qarşı yaxşı müqavimət göstərmək üçün gücümüz var”.

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldova seçməsinə 2:1 hesabı ilə qalib gəlib.

Bənzər yazılar

Back to top button