Dünya

Tramp Taliban liderini danışıqlarda iştirak etməyə çağırdı

ABŞ Prezidenti Donald Tramp Taliban lideri Molla Abdullah Qəni Bəradəri Əfqanlararası danışıqlarda iştirak etməyə çağırıb.

Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, bu haqda Ağ Ev-dən məlumat verilib.

Amerika lideri fevralın 29-da ABŞ və Taliban arasında tarixi bir müqavilə bağlandıqdan sonra mümkün olan zorakılığın azaldılmasına davam edilməsinin vacibliyini qeyd edib. Tramp qrupun nümayəndələrini “40 ildən çox davam edən müharibənin sona çatması üçün” Əfqanıstan İslam Respublikası nümayəndələri və digər əfqanlarla görüşlərdə iştirak etməyə çağırıb.

Ağ Ev rəhbəri əlavə edib ki, Amerika sülh üçün səy göstərərək, Əfqan xalqına dəstəyi davam etdirməyə hazırdır.

Bənzər yazılar

Back to top button