Siyasət

“Mən böyük məşəqqətlər keçərək bura gəlmişəm” – Razi Nurullayev

“Deputatlar AXC-Müsavat adını tez-tez çəkirlər”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Razi Nurullayev deyib.

Deputat bildirib ki, AXCP-nin sədri odur: “Mən 2015-ci ildən böyük məşəqqətlər keçərək bura gəlmişəm. Bu Məclisdə AXC şinelindən çıxmış çox hörmətli millət vəkillərimiz var.

Mənə elə gəlir ki, biz qəbul ediriksə ki, bütün pisliklərin arxasında Əli Kərimli dayanır, gəlin onun adıyla deyək. Əli Kərimliyə sözü dolayı yollarla AXC-Müsavat ifadəsi ilə deməyin yeri yoxdur. Müsavatın adını çəkməyin isə heç yeri yoxdur. Mən burada Müsavatın təmsilçisi deyiləm, sadəcə, ədalətin bərqərar olmasını istəyirəm. Ona görə də xahiş edirəm, mənim AXCP sədri olduğumu nəzərə alaraq çıxışlarınızda buna diqqət edəsiniz”.

Millət vəkili Siyavuş Novruzov isə deyib ki, həmin dövrü təftiş edəndə məsələni bir-iki nəfərlə əhatə etmək mümkün deyil: “Onlar elə bil hamısı bir yerə yığılmışdı. O Müsavatla indiki Müsavatı qarışdırmayın. O Müsavat İsa Qəmbərə vəsiyyətlə verilməmişdi. İndi ölkədə nə qədər adamın adı Həsən, Hüseyndir. Onların hamısı imam deyil ki…”

Bənzər yazılar

Back to top button