Siyasət

Putin və Paşinyan üçtərəfli razılaşmaların həyata keçirilməsini müzakirə ediblər

Çərşənbə günü Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın telefon danışığı olub.

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sədrliyi nəzərə alınaraq, təşkilatın Qazaxıstanda həyata keçirdiyi sülhməramlı əməliyyatın gedişi barədə fikir mübadiləsi aparılıb. Respublikada vəziyyətin normallaşmasına kömək edən sülhməramlı kontingentin səmərəli koordinasiya olunmuş tədbirləri qeyd edilib”, – Kremlin saytındakı məlumatda deyilir.

“Dağlıq Qarabağ ətrafında hazırkı vəziyyət və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında təsbit edilmiş razılaşmaların reallaşdırılması məsələləri müzakirə olunub”, – məlumatda bildirilir.(turan)

Bənzər yazılar

Back to top button