Hadisə

AQTA sədrinin qardaşı oğlu məhkəməyə verildi – SƏBƏB

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “MİDA” MMC-nin direktoru Fərhad Təhməzovun oğlu İsrafil Təhməzli barəsində məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, bu gün Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib və məhkəmə baxışı 25 yanvar tarixinə təyin olunub.

Qeyd edək ki, Aqrar Kredit və İnkişaf Agentliyi iddianı lizinq müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırıb.
Məlumat üçün onu da qeyd edək ki, İsrafil Təhməzli eyni zamanda Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı oğludur.

Daha əvvəl mətbuatda Təhməzli qardaşlarının və onların övladlarının biznes fəaliyyətilə bağlı məlumatlar yayılıb.

Bənzər yazılar

Back to top button