Siyasət

MN ermənilərin yaydığı məlumatı təkzib etdi

“Oktyabrın 16-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır”.

Bu barədə Müdafiə Naqzirliyi məlumat yayıb.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin oktyabrın 16-da saat 18:45-də Ermənistan-Azərbaycan dövlət sərhədinin şərq istiqamətində yerləşən erməni mövqelərini müxtəlif çaplı atıcı silahlardan guya atəşə tutması barədə məlumat yayıb.

Bənzər yazılar

Back to top button