İqtisadiyyat

“Kapital Bank”dan pensiyaçılara 100 manat tələsi

London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu “Kapital Bank”ı pensiyaçı müştərilərini bonus tələsinə salmaqda ittiham edir. Novator.az-ın məlumatına görə, o yazır ki, “Kapital Bank” pensiyaçılara bonus təklifi verir: “Bankomatdan pensiya çıxaran şəxslərə 100 manat əlavə pul götürmək təklif edilir, bu halda növbəti ayın pensiyasından 106 manat tutulacağı bildirilir. Əlacsız qalan, suya-işığa-qaza, ərzağa və dava-dərmana pul çatdırmayan pensiyaçıların bir çoxu ilk baxışdan cəlbedici olan bu təklifə aldanır, əlavə 100 manat götürür. Pensiyaçılar çox vaxt düşünmürlər ki, belə soyğunçu təklifi qəbul etməklə məsrəflərini və bankın gəlirlərini artırırlar.

100 manat bonus yalnız pensiya alanda deyil, hər zaman təklif olunur və pensiyaçılar pul çəkib tələyə düşür.

Bonus təklifindən pensiyaçıların 40 faizi istifadə etsə, bu, təxminən 500 min nəfər deməkdir. Beləliklə, “Kapital Bank” 500 min pensiyaçıdan ildə 36 milyon manat qazana bilər. Bu qədər insafsızlıq olarmı?”

Bənzər yazılar

Back to top button