Bizim seçimGündəmHadisə

DİN polisin jurnalistə qarşı hərəkətində pozuntu görmür

Jurnalist Aytac Əhmədova polis bölməsində zorakılığa məruz qalması barədə şikayətinə DİN-dən cavab alıb.

DİN bildirib ki, A.Əhmədovann bəyanatı araşdırma zamanı öz təsdiqini tapmayıb.

Jurnalist xatırladıb ki, oktyabrın 3-də Zabrat qəsəbəsi sakinlərinin etiraz aksiyasını işıqlandırarkən saxlanılıb. Onu polis bölməsinə aparıblar və orada fiziki təzyiq göstəriblər (üzünə vurublar).

Jurnalist DİN və Baş Prokurorluğa şikayət göndərib.

DİN Daxili Təhqiqatlar İdarəsinin cavabında deyilir ki, A.Əhmədovanın müraciəti Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırılıb. Daxili araşdırma zamanı polis əməkdaşlarının qanunsuz hərəkət törətməsi müəyyən olunmayıb.

DİN ona tövsiyə edib ki, razılaşmadığı halda məhkəməyə müraciət edə bilər.

Baş Prokurorluq da jurnalistə bildirib ki, onun şikayəti araşdırılır. A.Əhmədovanın ərizəsi araşdırılmaq üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib. Araşdırmanın yekunlarına dair cavab noyabrın 26-da təqdim olunmalıdır.

Jurnalist qeyd edib ki, yekun cavab ilə razılaşmasa məhkəməyə müraciət edəcək. (Turan.az)

Bənzər yazılar

Back to top button