Siyasət

Rəsmi Bakı hərbi əsirlərlə bağlı Paşinyanın ittihamlarına cavab verməyib

Bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı “erməni hərbi əsirləri azad etmək vədini yerinə yetirməkdən” imtinada ittiham edib.

O, Tvitter hesabında yazıb: “O, ilk dəfə may ayında Brüsseldə verdiyi vədi pozaraq imtina etdi, ikinci dəfə isə indi. Vaşinqtonda Azərbaycan 17 erməni hərbi əsiri sentyabrın 30-dək azad edəcəyinə söz verib”.

Erməni tərəfinin iddiasına görə, belə vəd sentyabrın 27-də Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə keçirilən görüşdə verilib.

Rəsmi Bakı hələlik bu ittihamlara cavab verməyib.(Turan)

Bənzər yazılar

Back to top button