Cəmiyyət

Sabah Bakıda qar yağacag – FHN əhalini ehtiyatlı olmağa çağırdı

Azərbaycan FHN əhalini ölkədə gözlənilən hava şəraiti ilə əlaqədar ehtiyatlı olmağa çağırıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti dəyişərək temperaturun kəskin düşəcəyi, güclü külək əsəcəyi, yağıntılı keçəcəyi, sulu qar və qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı proqnozlaşdırılır.

Bakıda və Abşeronda güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Ekologiya Nazirliyinin sinoptikləri Bakıda havanın temperaturu gündüz 1-3 dərəcə isti təşkil edəcək. Amma güclü şimal-qərb küləyi soyuq hissini artıracaq.

Aran rayonlarında havanın temperaturu gündüz 0-3 dərəcə isti, gecə -3 dərəcəyə qədər şaxta təşkil edəcək. Dağlarda gecə 9 dərəcəyə qədərə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Bənzər yazılar

Back to top button