GündəmİqtisadiyyatManşet

İş adamından hakimiyyəti şoka salan sözlər: 1 kisə əla növ unu 30 manata satmaq olar…

“Azərbaycana gətirməli olduğumuz 1000 ton əla növ unu sifarişçimiz Nehrəmli gömrük generallarından çəkinərək gətirmək istəmədilər, qorxdular ki, gömrük onları incidər. Ona görə bu gün 200 tonunu İraqa və Əfqanıstana yola saldıq…”.

AzToday.az xəbər verir ki, bu sözləri iş adamı Nazim Bəydəmirli Azərbaycanın un bazarında yaşanan ajiotajın səbəblərinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, ölkədə unun kəskin bahalaşmasının səbəbi monopoliyadır.

“Gələn həftə Azərbaycanda Gömrük komitəsi ilə “bəyannamə qiymətini” çürütmək üçün bir neçə maşın öz şirkətimin adına göndərəcəyik.. İlkin hesablarımıza görə unun bir kisəsini gömrük və vergilərini ödədikdən sonra 5%-lik qazancla 30 manatdan satmaq mümkün olacaq….

Hörmətli, İqtisadiyyat nazirliyi üzərinizə düşən vəzifənin necə yerinə yetirilməsini yaxın günlərdə “test etmək” fikrindəyəm… Baxaq görək monopoliya ilə bağlı ölkə başçısının tapşırığı necə yerinə yetirilir?

P.S. Monopoliya ilə mübarizədən 1 gün belə çəkinmərəm, bütün mərhumiyyətlərə rəğmən mübarizəmiz davam edir!”.

https://www.facebook.com/100000649714076/videos/1005433213394788

 

Bənzər yazılar

Back to top button