Digər

Həsənovlar ailəsinin ölkəni tərk etməsinin səbəbi məlum oldu

Bu ilin fevral ayının 2-də Bakı şəhəri, Səbail rayonunda mənzillərin birində kişi meyidinin tapılması ilə bağlı rəsmi məlumat verilmişdi. Həmin hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, FHN-in Xüsusi Riskli Xilas Etmə Xidmənin əməkdaşları tərəfindən mənzildə 1957-ci il təvəllüdlü Həsənov Rəfail Abdülhəsən oğlunun meyidi aşkar edilib.

Verilən rəsmi məlumatda bildirilirdi ki, meyidin üzərində heç bir zorakılıq əlamətləri müəyyən edilməsədə, cəsədin üzərində qan ləkələri qeydə alınıb.

AzToday.az-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, mərhum son zamanlar evində tək yaşayıb. Qonşuların sözlərinə görə, Rəfail Həsənova qonşu məhəllədə yaşayan qardaşı Ramiz Həsənov qulluq edirmiş. Amma son 4-5 ayda onun göz dəymədiyi və qardaşına baş çəkmədiyini deyən qonşular Ramiz Həsənov ölkəni tərk edərək xaricə getdiyini bildirdilər. Onların sözlərinə görə, Ramiz Həsənov qardaşının ölümündən sonra da ölkəyə qayıtmayıb.

Qeyd edək ki, Ramiz Həsənov 1952-ci il təvəllüdlüdür. Onun bu yaşda ölkəni niyə tərk etməsi xüsusi marağımıza səbəb oldu.

Apardığımız araşdırmalar sonunda məlum oldu ki, Ramiz Həsənov ölkəni məcburi səbəblərdən tərk etməli olub. Belə ki, Ramiz Həsənovun belə bir addım atmasına səbəb hüquq-mühafizə orqanlarında işləyən oğlu ilə rəhbərlik arasında münaqişə yaşanması olub. Belə ki, Ramiz Həsənovun oğluna təzyiqlər edidiyi və onun izləndiyi də bizə çatan məlumatlar sırasındadır. Qonşuların sözlərinə inansaq, ata və oğul ölkəni tərk etdikdən sonra da sahə müvəkkili ilə birgə müxtəlif mülki geyimdə olan şəxslər Həsənovlar aləsi ilə bağlı maraqlanıblar. Və xəstə Rəfail Həsənovu belə sorğu-suala tutublar.

Həsənovlar ailəsinin başına gələnlərlə bağlı araşdırmalarımız davam edir.

Bənzər yazılar

Back to top button