Digər

Roma Papasının Allahşükür Paşazadə ilə görüşü

Cümə axşamı Vatikanda Roma Papası və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə arasında təkbətək görüş keçirilib.

QMİ-nin press-relizində yer alan məlumata görə, Paşazadə Azərbaycanın dini konfessiya liderlərindən ibarət nümayəndə heyəti ilə Romada səfərdədir.

Azərbaycanın Vatikandakı səfiri Rəhman Mustafayev öz Tvitter səhifəsində yazıb ki, Paşazadənin Roma Papası ilə görüşü Cənubi Qafqazda əməkdaşlıq, sülh və təhlükəsizliyin güclənməsinə şərait yaradacaq.(Turan)

Bənzər yazılar

Back to top button