İqtisadiyyat

190 manatlıq yardım neçə dəfə veriləcək? (RƏSMİ)

Koronavirusla mübarizə çərçivəsində işsiz şəxslərə dövlət tərəfindən 190 manatlıq birdəfəlik ödəmələr verilməyə davam edir.

Qaynarinfo xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və proqram 600 min şəxsi əhatə edəcək. Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir.

Artıq 200 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.

Birdəfəlik ödəmələrin neçə dəfə veriləcəyinə gəlincə isə Nazirlik bu ödmənin hər bir vətəndaş üçün 2 dəfə nəzərdə tutulduğunu bildirib.

Bənzər yazılar

Back to top button