Dünya

Blinken Lavrovu amerikalı jurnalisti dərhal azad etməyə çağırıb

Bazar günü ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrova zəng edərək amerikalı jurnalisti dərhal azad etməyi tələb edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

ABŞ vətəndaşı, Wall Street Journal-ın reportyoru, qəzetin Moskva bürosuna ezam edilmiş Evan Gerşkoviç ötən həftə Yekaterinburqda casusluq ittihamı ilə həbs olunub.

Blinken jurnalistin saxlanmasıyla bağlı Lavrova ciddi narahatlığını bildirib, Dövlət Departamentinin məlumatında deyilir.

Bundan əlavə, “Blinken Kremli ABŞ vətəndaşı, 2018-ci ildə Moskvada qanunsuz saxlanmış və 2020-ci ildə casusluğa görə mühakimə olunmuş Pol Uilanı dərhal azad etməyə çağırıb”.

“Dövlət katibi və xarici işlər naziri Lavrov diplomatik missiyaların öz işini görməsinə imkan verən şəraitin yaradılmasının vacibliyini də müzakirə ediblər”, -məlumatda deyilir.

Bənzər yazılar

Back to top button