Dünya

Stoltenberq: “NATO Ukrayna və Gürcüstanı qəbul edəcək”

Şimali Atlantika Alyansı Ukrayna və Gürcüstanın üzvlüyü barədə qərar qəbul edib. Rusiya Federasiyasının bu məsələyə qarışmağa haqqı yoxdur. Bunu NATO-nun baş katibi Yens Stoltenberq La Repubblica qəzetinə müsahibəsində bildirib.

“Ukrayna üzvlük üçün ərizə verib və biz onun islahatlarını dəstəkləyərək, silahlı qüvvələrin bizim standartlara uyğun modernləşdirilməsinə yardım edərək bunun üzərində işləməyə qərar verdik.

2008-ci ildə qərara aldıq ki, Ukrayna və Gürcüstan NATO-ya üzv olacaqlar, amma biz bunun məhz nə vaxt baş verəcəyini müəyyənləşdirməmişik”, – Alyansın baş katibi bildirib.

Bununla yanaşı, o qeyd edib ki, NATO-ya daxil olub-olmayacağına yalnız Ukrayna özü qərar verə bilər, Moskvanın isə bu məsələyə müdaxilə etməyə haqqı yoxdur.

“Hazırda islahatlar gündəliyində Ukraynaya yardım durur. Təkrar edirəm: indi məsələ Rusiyanın təcavüzüdür . Onlar Ukraynanın bir hissəsini – Krımı işğal ediblər, separatçıların dəstəyilə Donbasa nəzarət edirlər, sonra isə bizi milli suverenliyi pozan hüquqi qüvvəyə malik müqaviləni qəbul etməyə məcbur etmək istəyirlər”, – NATO-nun baş katibi fikrini yekunlaşdırıb. (Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button