Cəmiyyət

Mal və quzu əti bahalaşdı

Azərbaycanda mal və quzu əti bahalaşıb.

Qaynarinfo xəbər verir ki, yanvar ayının ilk on günlüyündə Bakıda mal ətinin bir kloqramı 13-14 manata satılır. Əvvəllər isə mal ətinin bir kloqramı 10.5-11 manata satılıb.

Bir kloqramı 14 manata satılan quzu ətinin isə qiyməti hazırda 16-17 manat arasındadır.

Məsələni dəqiqləşdirmək üçün Bakıda ət satışı ilə məşğul olan bir necə ət satışı məntəqələrində olduq. Mal və quzu ətinin qiymətinin qalxdığını satıcılar təsdiqlədilər.

Satıcılar bunun səbəbini mal və quzu ətinin topdansatış qiymətinin qalxması ilə əlaqələndirdilər.

Bənzər yazılar

Back to top button