Cəmiyyət

Azərbaycanda məişət zorakılığından mühafizə orderlərinin tətbiqilə bağlı çatışmazlıqlar var

Azərbaycan qadın hüquqlarının müdafiəsi üzrə İstanbul Konvensiyasına qoşulmayıb, lakin bu beynəlxalq sənədin əsas müddəaları Azərbaycan qanunvericiliyində öz əksini tapıb və dövlət tərəfindən yerinə yetirilir, – Avropa Şurasının eksperti Roza Loqar “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri” haqqında hesabatın təqdimatı üzrə Bakı yekun konfransında bildirib.

Vyanadan onlayn rejimdə Bakı konfransına qoşulan Loqar vətəndaşların – həm qadınların, həm də kişilərin, uşaqların, qoca və əlillərin məişət zorakılığından qorunmasının vəziyyətinə dair öz hesabatını təqdim edib. Hesabatda adamların məişət zorakılığından qorunması normalarının Azərbaycan tərəfindən icrasının təhlili yer alıb.

Konfransı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa Şurası keçirib. “Yaxşı idarəçilik üçün tərəfdaşlıq II, 2019-2022” proqramı çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi 2020-ci ildən Avropa İttifaqı tərəfindən maliyyələşdirilib.

Loqar hesab edir ki, Azərbaycan qadınların və digər kateqoriyaları məişət zorakılığından qorunması üçün iş aparır, müdafiədə mərkəzi tədbir polisə zorakılıq qurbanlarını xüsusi sığınacaqlarda yerləşdirməklə onları müdafiə etmək hüququ verən qısamüddətli mühafizə orderlərinin verilməsidir. Lakin bu tədbirin tətbiqi bir çox prosedur məqamlarının düzgün işləməməsi səbəbindən çətindir. Bundan əlavə, mühafizə orderləri adamların qorunması üçün zəruri sistemin əsas, ancaq bir hissəsidir.

Bunlar zorakılığın profilaktikası, qanunlara əməl edilməsinin təbliği, müdafiə taktikasının düzgün seçilməsi, orderlərin təyin edilməsi və yerinə yetirilməsi vaxtının müəyyənləşdirilməsi, qoruyucu tədbirlərdir. Həmçinin mühafizə orderinin təyinatını müəyyən edən orqanı müzakirə etmək və yenidən nəzərdən keçirmək lazımdır, çünki bəzi hallarda icra hakimiyyətinin müəyyənedici icra orqanı kimi təyin edilməsi mübahisə yaradır.

Mühafizə orderləri qısamüddətli və uzunmüddətlidir. Avstriyada bu tədbirin tətbiqi praktikası göstərir ki, qurbanın müdafiəsini onun yaşadığı yerdən kənarda həyata keçirmək, onu qaçqına çevirmək düzgün deyil. Əksinə, qurban üçün zorakılığın günahkarının evindən təhlükəsiz bir məsafə ayrılmalıdır. Lakin o zaman daşınmaz əmlakla bağlı mülkiyyət məsələsi ortaya çıxır, çünki çox vaxt zorakılığı kişi, evin sahibi törədir. Odur ki, Loqar hesab edir ki, qurbanı qorumaq üçün zorakılığın günahkarının onun daşınmaz əmlakından çıxarılması mülkiyyət hüququndan məhrum olunması hesab edilməməlidir.

Logarın fikrincə, qısamüddətli orderlər gələcəkdə zorakılığın təkrarlanmasına zəmanət vermir. Əvvəlcə təcavüzkara xəbərdarlığın edildiyi qaydadan imtina etmək lazımdır, sonra qısamüddətli, daha sonra isə uzunmüddətli order müəyyən olunur. Residivin qarşısını almaq üçün icra orqanı dərhal vətəndaşın uzunmüddətli müdafiəsini təyin etmək imkanına malik olmalıdır.

“Zorakılıq törədənin həbsindən başqa, zorakılıq təhlükəsi olmadıqda digər zəruri təsir tədbirləri görülməldir. O zaman mütləq həbslə əlaqəli olmayan təsir növü seçmək lazımdır.

Qısamüddətli order üçün 1-2 gün azdır. Bu müddətdə ailənin vəziyyəti yoluna qoymağa və ortaq məxrəcə gəlməyə vaxtı olmur. Bir- iki həftə qısamüddətli mühafizə orderi üçün yaxşı müddətdir”, – avstriyalı ekspert qeyd edib. Onun ölkəsində polisin qərarı ilə qısamüddətli order dörd həftəyədək uzadıla bilər.

O həmçinin hesab edir ki, polis orderlə vətəndaşı təkcə onun evində yox, həm də uşaq bağçasında, məktəbdə, iş yerində qorumalıdır, çünki təcavüzkarların qurbanları polisin qoruduğu yaşayış sahəsindən kənarda gözlədikləri və tapdıqları hallar olur.

Logarın fikrincə, növbəti vacib müddəa təsir tədbirini müəyyən edərkən böyüklərin yox, uşaqların maraqlarını əsas götürməklə bağlı hakimlər üçün qayda olmalıdır. Hətta uşaq üçüncü şəxsə qarşı zorakılığı görürsə də, onun maraqları pozulur və o zaman zorakılıq törədən uşağın yerləşdiyi yerdən uzaqlaşdırılmalıdır. Bu barədə uşaqların maraqlarının böyüklərin istəklərindən üstün olduğunu bildirən İstanbul Konvensiyası bəyan edir.

Uzunmüddətli və qısamüddətli mühafizə orderləri istənilən zorakılıq halında istifadə edilə bilər – təkcə qadınlara qarşı kişilərə yox, həm də uşaqlara, qocalara, əlillərə, kişilərə qarşı. Həmçinin erkən nikahlar, həm qanuni ailədə, həm də rəsmiləşdirilməmiş faktiki ailələrdə seksual münasibətlər daxil olmaqla, müxtəlif zorakılıq formaları var.

Loqar əlavə edib ki, Azərbaycanda, eləcə də digər Avropa ölkələrində gender zorakılığı qurbanlarının pulsuz hüquqi müdafiəsi yollarını tapmaq lazımdır, çünki çox vaxt bu vətəndaşlar vəkilin əməyini ödəmək üçün vəsaitdən məhrum olurlar, özləri savadsızlıq səbəbindən sənədləri və ərizələri tərtib edə bilmirlər. Müraciət edənlər rüsum, vergi ödənişindən və digər fiskal metodlardan azad edilməlidir, onlayn distant müraciət formaları təmin edilməlidir.

Loqarın sözlərinə görə, Avstriyada kəndlər var ki, internet yoxdur, adamların mobil telefonları yoxdur. Analoji olaraq Azərbaycanda da dövlət bu cür yaşayış məntəqələrinin sakinlərini yardım çağırmaq üçün müasir pulsuz operativ rabitə vasitələrilə təmin etməlidir.

“Hətta mühafizə orderlərinin həyata keçirilməsində uzun təcrübəsi olan ölkələrdə də bu tədbirin effektivliyi kifayət deyil. Məişət zorakılığından zərər çəkmiş şəxslərə dəyən ziyana görə sanksiyaları müəyyənləşdirmək lazımdır, sosial müdafiə sahəsində peşəkar kadrların hazırlanması vacibdir, gender müdafiəsi problemini birlikdə həll edə biləcək müxtəlif ixtisaslaşmış dövlət qurumlarından ibarət şəbəkə yaratmaq lazımdır. Azərbaycanın bütün bölgələrində sosial sığınacaqlar lazımdır”, – ekspert deyib. O, Azərbaycanda bəzi kənd yerlərində yerli hakimiyyət orqanları şəbəkəsinin uğurlu fəaliyyətini qeyd edib.

Ailə, qadın və uşaq məsələləri Dövlət Komitəsinin Hüquq departamentinin rəhbəri Taliyə İbrahimova bildirib ki, qanunvericilikdəki boşluqlara baxmayaraq, Dövlət Komitəsi zorakılıq qurbanlarının müdafiəsi məsələsini yerindəcə həll etməyə çalışır.

“Verilmiş qısamüddətli mühafizə orderlərinin sayı ötən illə müqayisədə iki dəfə artıb. Əgər ötən il icra hakimiyyəti Dövlət Komitəsi ilə danışıqlardan sonra order verirdisə, bu il rayonlarda İcra hakimiyyətləri proseduru yubatmadan özləri order verirlər.

2022-ci ildə 146 qısamüddətli order verilib, onlardan 46-ı Dövlət Komitəsinin təşəbbüsü ilə verilib. 100 order icra hakimiyyətinin təşəbbüsü ilə verilib. Biz yerlərdən siqnallar barədə bildiririk, məlumatları xüsusi Whatsapp şəbəkəsində yerləşdiririk və yerlərdə order barədə qərar qəbul edilir.

2022-ci ildə 12 uzunmüddətli mühafizə orderi verilib. Azərbaycanda qısamüddətli orderlər 30 günədək müddətə verilir, məhkəmə qərarından sonra uzunmüddətli order verilə bilər.

2022-ci ildə Dövlət Komitəsinə məişət zorakılığından qorunmaq üçün 584 müraciət daxil olub. Onlardan 20-i kişilərdən, 475-i qadınlardan, 81-i uşaqlardan, 6-ı qocalardan və 2-i qeyri-ənənəvi oriyentasiyalı şəxslərdən daxil olub. Müraciətlərin əksəriyyəti Bakıdan daxil olub. 407 hal psixoloji, 17 – iqtisadi, 5 – cinsi zorakılıqla əlaqədar olub. 301 şikayət ərlər, 146 şikayət keçmiş ərlərlə bağlı olub. Zorakılığa dair 67 müraciət qohumlar tərəfindən daxil olub”, – Taliyə İbrahimova bildirib.(Turan)

Bənzər yazılar

Back to top button