Hadisə

Lerik sakinləri Allahın ümidinə buraxılıb… – GİLEY

Lerik rayonunun Hamarat kəndinin ərazisində torpaq sürüşməsinin baş verdiyi bildirilir. Bu barədə şikayət edən yerli sakinlər Allahın ümidinə buraxıldıqlarını, təhlükə ilə üz-üzzə qaldıqlarını qeyd edirlər…

Dia.az xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov da torpaq sürüşməsi ilə bağlı onlara müraciət edildiyini təsdiqləyir: “Hamarat kənd sakini Əlibala Qurbanəlioğlu torpaq sürüşməsi ilə bağlı icra hakimiyyətinə müraciət edib. Onun yaşadığı evin yaxınlığında olan pay torpağında sürüşmə var, evə yaxınlaşır. Gələcəkdə problem yarana bilər. Ancaq mütəxəssis rəyi yoxdur”.

Müavinin əlavə etməsinə görə, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub, onlar gəlib baxış keçirdib son qərar verməlidirlər: “Bilmək lazımdır ki, bu, təbii fəlakətdir, ya vətəndaşın müdaxiləsindən sonra yaranan vəziyyət. Bu yaxınlarda baxacaqlar. Bizdə aktiv torpaq sürüşməsi, əsasən, Veri Əliabadi kəndinin ərazisində olur. Bir neçə vətəndaş var, onların yaşadığı evlərin yaxınlığında gedən torpaq sürüşmələrini Ekologiya və Təbii Sərvətlər Nazirliyi təsdiq edib. Hamarat kəndinin ərazisində isə lokal sürüşmələrdir”.

Qeyd edək ki, iki ilə yaxındır ki, Veri Əliabadı kəndində aktiv torpaq sürüşməsi müşahidə olunur. Şikayətlərə görə, ötən ilin yanvar və aprel aylarında bu ərazidə torpaq sürüməsi nəticəsində 10-a yaxın ev qəzali vəziyyətə düşüb.

Sakinlər bildirir ki, qəzalı vəziyyətə düşən evlərin sakinlərinə dövlət tərəfindən hər hansı qayğı göstərilməyib.

Bənzər yazılar

Back to top button