Cəmiyyət

Bakıda havanın temperaturu müsbət 21 dərəcə olacaq, dağlarda qar yağacaq

Aprelin 12-də Bakıda və Abşeronda yağıntı olmayacaq, mülayim cənub küləyi əsəcək, havanın temperaturu gecə müsbət 9 +12, gündüz müsbət 16 +21 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.

Ölkə rayonlarında yağış yağacaq, şimşək çaxacaq, bəzi yerlərdə dolu düşəcək. Dağ rayonlarında qar yağacaq.

Şərq küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə müsbət 7 +12, gündüz müsbət 17 + 22 dərəcə olacaq.

Dağlarda gecə 0 + 5, gündüz müsbət 5 +10 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button