Siyasət

Prezident Zelenskini Azərbaycana səfərə dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib.

AzToday.az xəbər verir ki, dövlət başçısı dəvətini yanvarın 14-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən çatdırıb.

“Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, – Azərbaycan Prezidenti bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb.

Bənzər yazılar

Back to top button