Siyasət

Ankara və Yerevan Moskva görüşünün yekunlarından razıdırlar

Türkiyə və Ermənistan Moskva danışıqlarında münasibətlərin tam normallaşdırılması məqsədilə ilkin şərtlər olmadan əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Bu barədə cümə günü Ermənistan Xarici İşlər Nazirliyi bildirib.

Öz növbəsində Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, Moskvada Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə danışıqlar müsbət atmosferdə keçib.

Növbəti görüşün vaxtı və yeri diplomatik kanallarla dəqiqləşdiriləcək.

Bənzər yazılar

Back to top button