İdman

Obameyanqın qolu “Barselona”ya qələbə qazandırdı

“Barselona” İspaniya La Liqasında növbəti matçına çıxıb.

Qol.az xəbər verir ki, komanda 33-cü turda səfərdə “Real Soysedad”la qarşılaşıb. Matç Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdəki yeganə qolu 11-ci dəqiqədə Pyer-Emerik Obameyanq vurub.

Qeyd edək ki, digərlərindən 1 oyun az keçirən “Barselona” hazırda turnir cədvəlində 63 xalla 2-ci, “Real Soysedad” isə 55 xalla 6-cıdır.

Bənzər yazılar

Back to top button