İqtisadiyyat

Bahalıq vergisi

“Yüksək inflyasiya ev təsərrüfatlarını yoxsullaşdır, onların gəlirlərini yeyir, amma dövlət büdcəsi üçün qeyri-rəsmi vergi mənbəyi rolu da oynayır”. İqtisadçı Rövşən Ağayev belə yazır.

2021-ci ilin 11 aylıq xarici ticarət statistikasına nəzər salan ekspert qeyd edir ki, idxal qiymətləri 21,2% artıb: “Bəzi mal qrupları üzrə bu artım daha yüksəkdir. Məsələn, heyvan və bitki mənşəli yağlar üzrə qiymət indeksi 46,1%, hazır qida məhsulları üzrə 25%-ə yaxındır. Gömrük daxilolmalarının 10%-ə yaxın artımı həm də idxal qiymətlərində yüksəlişin nəticəsidir.

Ev təsərrüfatlarının istehlakına dair 9 aylıq informasiyaların analizi göstərir ki, 2021-ci ildə xərclər inflyasiya hesabına ən azı 2 milyard manat artacaq. Qeyri-neft sektorunun mövcud vergi yükünü nəzərə alsaq, bu, büdcə üçün müxtəlif vergilər formasında ən azı 400-500 milyon manat əlavə daxilolma deməkdir. İnflyasiyanın böyütdüyü gömrük yığımlarını da üzərinə gələndə daha böyük məbləğdən söhbət gedir. Yəni hökumət büdcənin vergilər hesabına böyüdüyünü deyəndə “inflyasiya vergisi”nin töhfəsini də qeyd eləməyi unutmasın”.

Rəsmi açıqlamaya əsasən, ötən ilin yanvar-noyabr aylarında istehlak qiymətləri 2020-ci ilin eyni dövrünə nisbətən 6,2 faiz yüksəlib, ərzaq məhsulları, içkilər və tütün məmulatları 7,4 faiz, qeyri-ərzaq məhsulları 4,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 5,4 faiz bahalaşıb.

Bənzər yazılar

Back to top button