İqtisadiyyat

Qarabağdakı ermənilərin pensiya məlumatı açıqlandı

Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejimin yaydığı məlumata görə, 2022-ci il yanvarın 1-dən ərazidə minimum pensiya 34300 dramdır. Novator.az bildirir ki, bu, 121 manat deməkdir.

İşğalçı rejim Xankəndi şəhərini, Şuşa rayonunun 1 qəsəbəsini, 36 kəndini, Xocavənd şəhərini, rayonun 1 qəsəbəsini, 45 kəndini, Xocalı şəhərini, rayonun 1 qəsəbəsini, 44 kəndini, Ağdərə şəhərini və keçmiş Ağdərə rayonunun 35 kəndini əhatə edir.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.

Azərbaycanda minimum pensiya 240 manat müəyyən edilib.

Ermənistanda minimum pensiya 28600 dram (101 manat) həddində rəsmiləşib.

Bənzər yazılar

Back to top button