GündəmSağlamlıq

Gün ərzində 653 yeni COVID-19 yoluxma hadisəsi qeydə alınıb

Azərbaycanda 653 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 488 nəfər müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 14-də bildirib.

Ümumilikdə, ölkədə 624 208 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib, onlardan 607 885 nəfər müalicə olunaraq sağalıb, 8 497 nəfər vəfat edib, aktiv xəstələrin sayı 7 826 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyən edilməsi ilə bağlı 8275 test aparılıb.

Həmçinin, son sutka ərzində 28 613 nəfər COVID-19-a qarşı peyvənd olunub.

Gün ərzində birinci doza ilə peyvənd olunanların sayı 2702, ikinci doza 2939 nəfər, gücləndirici doza ilə 22972 nəfər peyvənd olunub.

Bu gün Azərbaycanda peyvəndlərin ümumi sayı 11 621 120 nəfərdir ki, onlardan 5 195 727 peyvəndin ilk dozası, 4 709 352 nəfəri iki doza, 1 716 041 nəfəri isə gücləndirici doza alıb.

Bənzər yazılar

Back to top button