Hadisə

Azərbaycanda vəkil insanları boşanmağa çağırdı – FOTOFAKT

Heç bir cütlük boşanma düşüncəsiylə evlənməsə də, boşanma da evlilik kimi təbii haldır. Amma boşanmağa təşviq və çağırış etmək, üstəlik bunun vəkil tərəfindən edilməsi anlaşılan deyil.

AzToday.az Bizim.Media-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkərlərdə ciddi müzakirələrə yol açan paylaşım edilib.

Vəkil Babək Həmidov özünün “Facebook” hesabında müştəri toplamaq üçün boşanma üçün sifarişlər qəbul olunduğunu yazıb.

Vəkil postunda “Yerlər məhdud deyil, hər kəsi boşayacaq qədər yerimiz var” deyə qeyd edib.

Vəkili absurd çıxışı və çağırışı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Şərhlərdə vəkilə yönəlik tənqid dolu fikirlər nümayiş edilib.

Bənzər yazılar

Back to top button