Siyasət

Prezidentin köməkçisi neft-qaz kəmərlərinin təhlükəsizliyindən danışdı

“Hər hansı bir üçüncü tərəfin təhlükəsizliyin təmin olunmasında iştirakına ehtiyac görmürük”.

AzToday.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan ərazisindən keçən neft və qaz kəmərlərinin təhlükəsizliyinin qorunmasına NATO və ya digər beynəlxalq təşkilatların cəlb olunmasının mümkünlüyü barədə jurnalistlərin sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası öz imkanları tərəfindən beynəlxalq əhəmiyyətli neft və qaz layihələrinin təhlükəsizliyi təmin edir: “Amma eyni zamanda müvafiq tərəf müqabilləri ilə də, layihədə iştirak edən aparıcı şirkətlərlə də bu infrastrukturların təhlükəsizliyini gücləndirmək məsələləri ilə bağlı fikir mübadiləsi aparır. Amma hər hansı bir üçüncü tərəfin təhlükəsizliyin təmin olunmasında iştirakına ehtiyac görmürük”.

Bənzər yazılar

Back to top button