Siyasət

Yeni məmurların mərəzi: “Rüşvət almırlar deyə, iş də görmürlər”

“Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir – ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq”.

Sahibkarların təşviq olunması istiqamətində heç bir ciddi addımlar atılmır. Yəni, görüntü olaraq guya, dəstək filan var, amma mahiyyətcə sahibkarlıq Azərbaycanda ən əlverişsiz bir peşəyə çevrilib. Kimsə ümidli şəkildə gələcəyə baxaraq hansısa bir investisiya yatırmağı düşünmür. Ona görə də vəsaitlərin çoxu hansısa bir yığım formasında daha çox əllərdə qalır və bu da iqtisadiyyata öz tövhəsini vermir. Bu kimi məsələlər üzərində düşünmək lazımdır.

Burada da problem idarəetmənin müəyyən nöqsanlarından qaynaqlanır. Konkret olaraq səlahiyyət bölgüsü elə şəkildə qurulub ki, hamı həm səlahiyyət sahibidir, həm də heç bir səlahiyyətə sahib deyil. Buna misal olaraq, icra hakimiyyətlərini götürək. İcra hakimiyyətləri bələdiyyələr üzərində böyük səlahiyyətə sahibdirlər, faktiki olaraq hansısa bir problemi həll etmək üçün vəsait çatışmazlığı yaşayırlar.

Bələdiyyələr ölü vəziyyətdə, yerli özünüidarəetmə ümumiyyətlə özünü göstərmir. Belə bir anda yerli problemin həllində olan axsamalar ciddi narahatlıqlar yaradır. Liftdən tutmuş, qrunt sularına qədər, yerlərdə qazla bağlı problemlərin hamısı ciddi narahatlıq doğuran məsələlərdir. Ona görə belə məsələlərdə daha səmimi açıq dialoq mühiti formalaşmalıdır ki, bu problemlər haqqında ölkə Prezidentinin də kifayət qədər geniş məlumatı olsun. Məlumat çatdıra biləcək mexanizmlər də alt-üst olub. Ancaq mətbuat nəyisə işıqlandıranda buna reaksiyalar verilir. Dövlətin nəzarət qurumları artırılmalıdır ki, hər hansı bir şəkildə bu nöqsanlar şişib, böyüyüb sosial narazılığa gətirib çıxarmasın. Prezidentin bu çıxışında ibrət götürüləsi çox məqamlar var”.

Millət vəkili əlavə edib ki, məmurlar bu istiqamətdə öz işlərində dönüş yaratmalıdırlar:

“Əks halda özləri üçün, həm də dövlət üçün ciddi problemlər yaratmış olurlar. Bunun da narahatlığını bütün Azərbaycan xalqı çəkməyə başlayır”.

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı işlətdiyi bu cümlələr ciddi müzakirə mövzusuna çevrilib. Dövlət başçısı kimliyindən, əvvəllər hansı xidmətinin olmasından asılı olmayaraq, qanunları pozan, karrupsiyaya bulaşan məmurların ən ağır formada cəzalandırılacağını bir daha bəyan edib. Üstəlik yeni kadrların da bəzi hallarda öz sələflərinin taleyindən ibrət götürmədiyinə işarə vurub.

Millət vəkili Fazil Mustafa Bakupost.az -a Prezidentin məmurlarla bağlı sərt xəbərdarlığını şərh edərkən çox maraqlı məqamlara toxunub:

“Bu məsələ həqiqətən çox ciddi, ağrılı məsələlərdən biridir. Ölkə Prezidentinin də məsələyə toxunması səbəbsiz deyil. Çünki indiyə qədər etimad göstərdiyi, müəyyən səlahiyyət verdiyi insanların bir qismi bu etimadı doğrultmayıb. İndi də istintaq qarşısında bunun əziyyətini çəkir, məhkəmə qərarları ilə hökm altında olurlar. Dəfələrlə vurğulayırıq ki, müəyyən səlahiyyət götürənlər dövlətin, cəmiyyətin məsuliyyətini götürmürlər. Həm özləri üçün acınacaqlı sonluğa gəlir, həm də ölkə iqtisadiyyatına, ümumiyyətlə vətəndaş-dövlət münasibətinə zərbələr vurulur. Ona görə də, bu kimi məsələlərin gündəmə gətirilməsi vacibdir”.

F. Mustafa qeyd edib ki, cəmiyyətdə gəncləşmə tendensiyası adı altında əvvəlki məmurlardan daha yarıtmaz kadrların vəzifəyə gətirilməsi də müşahidə olunur:

“Bunun özü də ciddi problemlərdən biridir ki, kimsə-kimsədən ibrət götürmür. Kimsə öz fəaliyyətində keçmişdə baş verən nöqsanların ortadan qaldırılması üçün heç nə etmir. Sanki görünüşdə rüşvət almıram adı ilə meydana girənlər prosesləri elə mürəkkəbləşdirirlər ki, vətəndaş bu və ya digər formada hansısa məsələnin həlli üçün əvvəlki illərkindən iki dəfə artıq rüşvət verməyə məcbur olur. Hansısa bir işin həlli əgər, əvvəllər bir həftəyə normal qaydada görüm-baxımla həll olunurdusa, indi 6-7 aylarla həll olmur. Yəni, indi dəyişən bir şey yoxdur”.

Millət vəkili vurğulayıb ki, bu problem üzərində Prezidentin xəbərdarlığı aktualdır:

“Bunlar anlamalıdırlar ki, bir vəzifə həm də vaxtında xidmət göstərmək deməkdir. “Mən rüşvət almıram” deyib, həm də “xidmət göstərmirəm” deyənlərin sayı kifayət qədər artır. Vətəndaşların, iş adamlarının konkret problemləri həll olunmur. Müxtəlif bəhanələrlə elə maneələr yaradılır ki, faktiki olaraq həmin yerlərdə iş prosesi dayanır və bu da məşğulluq problemini ortaya qoyur.

Bənzər yazılar

Back to top button