Siyasət

Paşinyan Şuşadakı aksiya ilə bağlı Təhlükəsizlik Şurasını topladı

Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iclasda Təhlükəsizlik Şurasının üzvlərindən başqa, prezident Vaaqn Xaçatryan, parlamentin spikeri Alen Simonyan, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan, hakim Vətəndaş Müqaviləsi Partiyasının parlament fraksiyasının rəhbəri Hayk Konjoryan iştirak ediblər.

Görüş zamanı regionda baş verən hadisələr, xüsusilə Laçın dəhlizindəki vəziyyət müzakirə edilib.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Xankəndi-Şuşa yolunda keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.

Bənzər yazılar

Back to top button