GündəmİdmanManşetSiyasət

Yerevanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağı yandırılıb

Aprelin 14-də axşam Yerevanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.

İştirakçı ölkələrin təqdimatı zamanı Azərbaycan bayrağıda səhnəyə gətirilib. Bu zaman təşkilatçılardan biri bayrağı aparan qızın əlindən alıb və yandırıb, sonra isə zaldan qaçıb. Bir müddət sonra bayraq geri qaytarıldı. Bütün baş verənlər tamaşaçıların fiti ilə müşayiət olunurdu.

Bu hərəkətin müəllifi təşkilatçı komandanın üzvü olması onun sinəsindən asılan sertifikatdan da görünür.

Xatırladaq ki, bu çempionatda Azərbaycanın ağır atletika komandası iştirak edir. Bundan əvvəl Ermənistan hakimiyyəti Azərbaycan komandasının üzvlərinin təhlükəsizliyinə təminat verdiklərini bəyan etmişdi.(Turan)

Bənzər yazılar

Back to top button