GündəmHadisə

Silahla kobud davranış əsgərin ölümünə səbəb olub

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumatda faktla bağlı cinayət işi başlanıldığı və araşdırma aparıldığı bildirilir.

Amma Müdafiə Nazirliyi hadisənin hansı şəraitdə baş verdiyi barədə məlumat verməyib.

Bənzər yazılar

Back to top button