GündəmManşetSiyasət

İlham Əliyev Monteneqro parlamentinin sədri ilə videoformatda görüşüb

Bazar ertəsi dövlət başçısı İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Əliyev Azərbaycanla Monteneqro arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişafı üçün yaxşı zəminin olduğunu qeyd edib.

Öz növbəsində, Aleksa Beçiç Monteneqronun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb. O, iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək, bu sahədə müvafiq sənədin imzalanmasının vacibliyini vurğulayıb.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar, o cümlədən parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyi və maraq doğuran digər məsələlər müzakirə olunub.

Bənzər yazılar

Back to top button