İdman

Ronaldunun 8 milyon avroluq yeni “oyuncağ”ı – FOTO

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu yeni avtomobil alıb.

Fanat.Az “Tuttosport”a istinadən xəbər verir ki, Ronaldu 8 milyon avoya “Bugatti Centodieci” alıb. Bu, məhdud buraxışlı avtomobildi. Fransız şirkəti 110 illiyi şərəfinə sadəcə 10 ədəd “Centodieci”ni satışa buraxmaq qərarına gəlib.

Avtomobilin maksimal sürəti saatda 380 km.-di. “Bugatti Centodieci” 2,4 saniyə ərzində sürətini 100 km/saata çatdıra bilir.

Portuqaliyalı ulduzu “Yuventus”un A Seriyasındakı çempionluğu şərəfinə bu avtomobili sifariş etdiyi bildirilir. Ronaldu 2021-ci ildə “Bugatti Centodieci”sinə qovuşacaq.

Bənzər yazılar

Back to top button