Bizim seçimSiyasət

Prezident yeni səfirlərin etimadnaməsini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Xorvatiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin etimadnaməsini qəbul edib.

Qaynarinfo xəbər verir ki, İlham Əliyev həmçinin sentyabrın 24-də Litvanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Egidiyus Navikasın etimadnaməsini qəbul edib.

Eyni zamanda İlham Əliyev sentyabrın 24-də Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun etimadnaməsini qəbul edib.

Bənzər yazılar

Back to top button