Hadisə

İranlı üç yeniyetmə Azərbaycan tərəfə keçib

Bu gün, yanvarın 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsi Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında dövlət sərhədinin pozulduğunu müəyyən edib.

DSX-nin məlumatına görə, sərhədi pozanların 3 nəfər olduqları müəyyən olunub və sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılıb.

Azyaşlı olmaları müəyyən edilən sərhəd pozucuları dövlət sərhədini səhvən pozduqlarını bildiriblər və özlərini İran vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim ediblər.

Qısa müddət ərzində azyaşlıların İİR tərəfinə təhvil verilmələri nəzərdə tutulur.

Bənzər yazılar

Back to top button