İqtisadiyyat

Pensiyalar nə qədər arta bilər?

Azərbaycanda əmək pensiyası orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir, proses Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsasında aparılır.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 2,9 faiz artıb. İllik yekun rəqəm fevral ayında açıqlanacaq.

Azərbaycanda kişilər 65, qadınlar 62 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Əmək pensiyasının minimum məbləği 240 manatdır.

Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Əks halda pensiya yaşı çatan şəxs 180 manat müavinət alır.

Bənzər yazılar

Back to top button