Siyasət

Feminist fəallar Amerika səfirliyinin diplomatik ərazisində aksiya keçirməyə cəhd edib

İyunun 23-də feminist fəallar Amerika Birləşmiş Ştatlarının səfirliyinin ərazisində ABŞ-ın müstəqillik günü münasibətilə keçirdiyi tədbirdə etiraz aksiya keçirməyə cəhd edib. Fəallar Gülnara Mehdiyeva, Sənubər Heydərova və Nərmin Şahmarzadə Gədəbəy rayonu Söyüdlü kəndində baş verənlərə və həbslərə etiraz ediblər.

Mehdiyeva bildirib ki, məqsədləri ölkədəki haqsızlıqlara səssiz qalmamaq olub.

Fəal boğazalarına simvolik olaraq cəmiyyətdəki neqativləri nümayiş etdirmək üçün boğazlarına onları boğan qara əl çəkiblər

Səfirliyin təhlükəsizlik xidməti aksiya iştirakçılarını, həmçinin aksiyanı işıqlandıran “Abzas Media”nın direktoru Ülvi Həsənlini diplomatik ərazindən kənarlaşdıraraq, polisə təhvil verib. Bu zaman Həsənli zorakılığa məruz qaldığını bildirib.

Aksiya iştirakçıları Gülnara Mehdiyeva, Nərmin Şahmarzadə və Sənubər Heydərova, həmçinin Ülvi Həsənli polis avtomobilinə mindirilərək, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparılıblar, daha sonra isə sərbəst buraxılıblar.(Turan)

Bənzər yazılar

Back to top button