ManşetSiyasət

Putin və Əliyev Ukraynanı müzakirə edib

Azərbaycan tərəfinin təşəbbüsü ilə Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Bu barədə yanvarın 18-də axşam Kremlin mətbuat xidməti məlumat yayıb.

“İlham Əliyevin Ukraynaya son səfərini nəzərə alaraq, Kiyevin destruktiv siyasətinə görə dalana dirənmiş Ukraynadaxili nizamlanma məsələləri müzakirə edilib.

Vladimir Putin ABŞ və müttəfiqləri ilə Rusiyanın təhlükəsizliyini təmin etmək üçün təminatların verilməsi məsələlərində təmaslarından danışıb.

Qazaxıstanda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi zamanı, xüsusən də KTMT sülhməramlı qüvvələrinin iştirakı sayəsində vəziyyətin tez bir zamanda sabitləşməsindən məmnunluq ifadə olunub.-0-

Rusiya-Azərbaycan strateji tərəfdaşlığını daha da gücləndirmək niyyəti təsdiqlənib”, – deyə məlumatda bildirilir.(Turan)

Bənzər yazılar

Back to top button