CəmiyyətGündəm

Azərbaycanda pensiya alanların sayı nə qədər azalıb? – Rəsmi rəqəmlər açıqlandı

Rəsmi statistikaya görə, 2022-ci ilin əvvəlinə Azərbaycanda 1 milyon 197 min nəfər pensiyaçı olub. Novator.az bildirir ki, bu, bir il öncədən 31,8 min nəfər azdır. 2021-ci ilin əvvəlində pensiyaçıların sayı 1 milyon 228,8 min nəfər göstərilmişdi.

2010-cu ilin əvvəlində 1 milyon 308,4 min nəfər pensiya alıb.

2011-ci ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 292,2 min nəfərə, 2012-ci ilin əvvəlinə 1 milyon 277,6 min nəfərə, 2013-cü ilin əvvəlinə 1 milyon 272,1 min nəfərə düşüb.

2014-cü ilin əvvəlinə 1 milyon 277,1 min nəfər pensiyaçı qeydə alınıb.

2015-ci ilin əvvəlində 1 milyon 290,9 min nəfər, 2016-cı ilin əvvəlində 1 milyon 299,9 min nəfər, 2017-ci ilin əvvəlində 1 milyon 315,2 min nəfər, 2018-ci ilin əvvəlində 1 milyon 318,4 min nəfər pensiyaçı olub.

2019-cu ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 295,5 min nəfərə, 2020-ci ilin əvvəlinə 1 milyon 270,6 min nəfərə enib.

Azərbaycanda kişilər 65, qadınlar 62 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Əmək pensiyasının minimum məbləği 240 manatdır.

Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Əks halda pensiya yaşı çatan şəxs 180 manat müavinət alır.

Bənzər yazılar

Back to top button